Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2014
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanın tülallar qızıl filizi yatağı (K. Qafqaz) filizlərinin maddi tərkibi və texnoloji xüsusiyyətləri

Ə.Z.Əhmədov, Ə.M.Əhmədov, H.Ə.Vəliyev

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral xammal Elmi-Tədqiqat İnstitutu, AZ1117, Bakı, Natavan k., 16

Xülasə

A-
A+
Məqalədə nisbətən yeni kəşf olunan Tülallar qızıllı filiz yatağının müxtəlif horizontlarını təmsil edən 2 texnoloji filiz sınağının (çəkisi 200-250 kq) dəqiq maddi tərkibi (kimyəvi, mineraloji, həmçinin qızılın cürbəcür minerallarla struktur əlaqəsi) və texnoloji xüsusiyyətləri qiymətləndirilir. Aparılmış tədqiqatlara əsasən, bu mineral xammalını incə qızılı saxlayan və mineralları müxtəlif oksidləşmə dərəcəsinə malik olan xalsedon-kvars-kaolinit-pirit tərkibli kasad sulfid filiz tipinə aid etmək olar. Oksidləşmə dərəcələrinə və maddi tərkiblərinə görə, filiz sınağının biri sulfid yataqlarına xas olan oksidləşmə, o biri isə yarı oksidləşmə – qarışıqfilizlər zonaları üçün səciyyəvidir. Bu amilə əsaslanaraq yatağın daha dərin horizontlarında əhəmiyyətlı miqdarda ilkin – qızılsaxlayan sulfid filizlərinin mövcudluğu güman edilir. Tədqiqat prosesində qızıllı filiz sənayesındə istifadə olunan müxtəlif texnoloji üsullar (qravitasiya, flotasiya və hidrometallurgiya – sianlaşdırma) qiymətləndirilmişdir. Aparılmış təcrübələrlə müəyyən edilmişdır ki, bu filizlərin emalı üçün ən effektivli və qızılın ən yüksək ayırma dərəcəsinə malik olan üsul – sorbsiyalı (sintetik qatranla) sianidli agitasion (qarışdırma) aşındırması üsuludır. Laboratoriya şəraitində bu üsulun işlənib hazırlanmış optimal şərtlərində filiz sınaqlarında olan qızılın 95-95,4%-inin sintetik qatrana (anionitə) ayrılması təmin edilmişdir.