Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2014
Məqaləni yüklə fullIssue_icon

Kompleks geofiziki tədqiqatların nəticələrinə görə süxurların maddi tərkibinin qiymətlərindən və məhsuldar layların göstəricilərindən karbohidrogen ehtiyatlarının hesablamasında istifadə edilməsi

Q.Q.Yatsenko

ASC NPS “Tverqeofizika”, 170034, Rusiya Federasiyası, Tver ş., Çaykovski prosp., ev 28/2, ofis 202

Xülasə

A-
A+
Kollektor süxurların, xüsusilə karbonat kəsilişlərində, maddi tərkibinin etibarlı və səhih miqdari qiymətlərinin labüdlüyünə diqqət yetirilmişdir; belə ki, kollektorların tutum göstəricilərinin və onların doyumluluq parametrlərinin dəqiq və etibarlı təyini birbaşa bundan asılıdır. Quyularda geofiziki tədqiqatların spektroskopik nüvə-fiziki metodlarının (QGT SNFM) məlumatlarına görə, bu məsələlərin həllinin mümkünlüyü göstərilmişdir. QGT SNFM məlumatlarının terrigen və karbonat kəsilişlər üçün kern məlumatları ilə interpretasiyası nəticələrinin müqayisəsinin nümunələri, həmçinin KHS-nin ehtiyatlarının hesablanmasında (yenidən hesablanmasında) onların tətbiqinə dair bəzi nümunələr tədqiqat işində verilmişdir. KH-nin yüksək potensial artımlı he-sab edilən mürəkkəb obyektlərin öyrənilməsi problemləri QGT-nin adi metodları üçün çətin həllolunanlar kimi sadalanmışdır. Belə obyektlərdə NFM tədqiqatlarının tətbiqi ilə sınaq-metodik işlərin aparılmasının perspektivliliyi nəticəsinə gəlinmişdir.