№ 1,
2014
Məqaləni yüklə
Azərbaycanın dəniz neft yataqlarının işlənilməsi xüsusiyyətləri
Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı, Azadlıq pr., 20
Xülasə
A-
A+
Azərbaycanın dəniz yataqlarının uzun müddət işlənilməsinə baxmayaraq, onların layları böyükhəcmli qalıq neft ehtiyatları ilə səciyyələnir. Lakin təhlil olunan yataqlarda praktiki olaraq hər yerdə eyni texnoloji layihələr tətbiq edilsə də, onların işlənilmə nəticələri müxtəlifdir: Abşeron arxipelaqı yataqları üzrə cari neftvermə əmsalı 0,05 dən 0,60 qədər, Bakı arxipelaqı üzrə isə 0,08-dən 0,30-a qədər dəyişir.Neftverməyə təsir edən amillərin aşkar edilməsi və bununla yanaşı, yataqların işlənilməsinin rasional başa catdırılması üzrə tədbirlərin əsaslandırılması böyük elmi-praktiki maraq kəsb edir. Bu problem geoloji-riyazi modellər əsasında etibarlı həll olunur. Nəticədə yataqların qalıq neft ehtiyatlarının realizə yol¬larını əsaslandırmaq mümkün olur.