Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2014
Məqaləni yüklə fullIssue_icon

Süxurların sürüngənliyini nəzərə almaqla qaz yatağının işlənilmə göstəricilərinin təyini

A.M.Quliyev, R.M.Əfəndiyev, B.Z.Kazımov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə qazın balans tənliyindən, sürüngənli mühitdə məsaməliklə təzyiq arasındakı əlaqə tənliyindən və qazın qərarlaşmamış süzülməsinin diferensial tənliyinin xəttiləşdirilməsi nəticəsində alınmış quyunun debiti düsturundan istifadə etməklə tükənmə rejimində istismar olunan sürüngənli mühitdə qaz yatağının müxtəlif texnoloji şərtlər çərçivəsində işlənilmə göstəricilərini təyin etməyə imkan verən üsul təklif edilmişdir. Bu üsuldan istifadə edərək, yataqdan çıxarılan hasilat miqdarı verildiyi hallarda, istismar müddətində quyuların debitlərinin, tələb olunan quyular sayının, lay və quyudibi təzyiqlərinin və məsaməlik əmsalının dəyişmə dinamikası təyin edilmişdir. Hipotetik yataq üçün aparılan hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz yataqlarında süxurların sürüngənli deformasiyası qeyri-xətti elastiki deformasiyaya nəzərən lay təzyiqinin azalma tempinin yavaşımasına, məsaməliyin daha böyük intervalda dəyişməsinə və qazın verilən hasilat dinamikasını təmin etmək üçün tələb olunan quyular sayının azalmasına səbəb olur.