№ 1,
2014
Məqaləni yüklə
Kiçik Qafqazın filizdaşıyan metasomatik komplekslərinin genetik-formasion təsnifatı
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119,
E-mail: jazadaliyev@rambler.ru
Xülasə
A-
A+
Məqalədə nəzəri-tətbiqi əhəmiyyət kəsb edən müxtəlif filizdaşıyan metasomatik komplekslərin genetik-formasion təsnifatı verilmişdir. Filizdaşıyan metasomatik komplekslərin sistemləşdirilməsinə dair elmdə genetik və formasion təsnifat prinsipi mövcuddur. Genetik təsnifat metasomatitlərin və filizlərin tipomorf mineral assosiasiyalarının fiziki-kimyəvi əmələgəlmə şəraitlərinin analizinə əsaslanır.
Formasion prinsip isə bir sıra vacib aspektlərlə yanaşı, filizli metasomatitlərin tarixi-geoloji inkişafının tektonik-maqmatik və litogenez prosesləri ilə əlaqəsini əks etdirir. Təsnifatın hər iki metodik yanaşma üsulunu tətbiq etməklə filizdaşıyan metasomatik komplekslərin genetik-formasion prinsip əsasında sistemləşdirilməsi məqsədyönlüdür. Təsnifatın inteqral elementini filizli metasomatik formasiya təşkil edir.
Filizli metasomatik formasiya dedikdə, zaman və məkanca bir-biri ilə qarşılıqlı bağlı olan və müəyyən zaman kəsiyində yer qabığında təkrar olunaraq spesifik tipomorf mineralların paragenetik assosiasiyalarından ibarət metasomatik dəyişilmələr və filizlər nəzərdə tutulur. Qeyd olunur ki, müxtəlif metasomatik formasiyalar (kalsiumlu skarnlar, kvars-çölşpatlı metasomatitlər, qreyzenlər, törəmə kvarsitlər və kvars-serisit metasomatitləri, propilitlər, argillizitlər və s.) regional xarakterli axtarış və proqnoz kriteriləri qismində, spesifik filizətrafı metasomatik dəyişilmələr isə gizli filizlərin birbaşa axtarışı və proqnozu istiqamətində ən etibarlı kriterilər kimi istifadə oluna bilər.