Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2014
Məqaləni yüklə fullIssue_icon

Diffuzion xəritələr gizli karst boşluqlarının aşkarlanmasına istiqamətlənən kompleks geofiziki analiz üçün effektiv vasitə kimi

L.Eppelbaum, V.Jeludev, A.Averbux

Tel-Aviv Universit, Ramat Aviv 69978, Tel Aviv, Israel, Fax: +972 3 6409282, E-mail: levap@post.tau.ac.il

Xülasə

A-
A+
Karst sahələri dünya qurusunun təxminən 14%-ni tutur və on milyard dollarla ölçülən mühüm maliyyə itkisinə səbəb olur; bundan əlavə, onlar fiziki təhlükə kimi də çıxış edirlər. Karst boşluqlarının aşkarlanması üçün istifadə edilə bilən geofiziki metodlar içərisində ilkin etapda qravitasiya və maqnit tədqiqatları seçilmişdir. Lakin yerləşdirici geoloji mühitlərin mürəkkəbliyi və faydalı siqnalın amplitudalarının və maneələrin kiçik nisbəti çox vaxt axtarılan obyektlərdən geofiziki anomaliyaların identifikasiyasına imkan vermir. Həm ayrı-ayrı geofiziki sahələrin xüsusiyyətlərinin, həm də geofiziki kompleksin təyini üçün bizim yanaşmamız wavelet nəzəriyyəsinin qabaqcıl işlənilmələrinin tətbiqindən və göstəricilərin emalından ibarətdir. Wavelet yanaşma karstın inkişaf sahələrinin tipik fiziki-geoloji modelləri üçün hesablanan geofiziki sahələrin modifikasiyalı (məsələn, koherent təsvirlərin) və kombinə edilmiş əksolunmaların alınması üçün tətbiq edilmişdir. Bu metodologiya hətta çox səs-küylü ğöstəricilərindən axtarılan siqnalı ayırmağa imkan verən wavelet-analiz proqramlar paketinin tətbiqinə əsaslanır. Diffuzion klaster analizin bu yaxınlarda işlənilmiş texnikası, yuxarıda göstərilən wavelet metodlarla birgə, səthəyaxın kəsilişdə məlum qeyri-bircinsliyi aşkar etmək məqsədilə geofiziki məlumatların kompleksləşdirilməsi üçün istifadə edilmişdir. Lakin ən mühüm cəhət ondan ibarətdir ki, alınan nəticələr oxşar fiziki-geoloji şəraitlərdə aparılmış çöl geofiziki tədqiqatlarının nəticələrindən karst obyektlərinin aşkarlanması üçün (“təlim” metodikası əsasında) istifadə oluna bilər. Yuxarıda adları çəkilən yanaşmaların birləşdirilməsi, həm istənilən ayrıca götürülmüş geofiziki metodun və həm də geofiziki kompleksin tətbiqinin etibarlılığını və səhihliyini üstələyən, yeni metodologiyanın yaradılmasına imkan verir. Bu metodologiya yalnız gizli karst boşluqlarının deyil, həmçinin istənilən digər nümünəvi geoloji (faydalı qazıntı yataqları, geoloji xəritəalma və s.), arxeoloji, ekoloji və digər obyektlərin aşkarlanmasının effektiv vasitəsi ola bilər.