№ 1,
2014
Məqaləni yüklə
Bakı şəhərinin seysmik təhlükəsinin qiymətləndirilməsinin kompleks üsulu
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Bakı şəhərinə təsir göstərən, müxtəlif məsafələrdə (yaxın məsafədə – 50-60 km, МL=6.2 maqnitudla, uzaq məsafədə -100 km, МL=6.9) baş vermiş iki zəlzələnin məlumatları əsasında seysmik təhlükənin qiymətləndirilməsi zamanı seysmogenezisin müxtəlif amillərini nəzərə alan kompleks üsul tətbiq edilib. Hesablamaya şəhərin ərazisini əhatə edən 100х100 m2 addımla 480 kvadrat özək cəlb olunub. Qeyd olunan zəlzələlər üçün nəzərdən keçirilən seysmogen (zəlzələ yaradan) elementləri birləşdirən və seysmik titrəyişləri maksimal təcillər və intensivliklə müəyyən edən seysmik təhlükənin özəkli modelləri tərtib edilib. Müəyyən olunub ki, Bakı şəhərinin əksər ərazisi VII-VIII ballıq seysmik təsirə məruz qalır. Ocaqları Bakı şəhərinə yaxın baş vermiş zəlzələlər üçün ərazinin üçdə bir hissəsi IX ballıq təhlükəli zonaları tutur.