Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2014
Məqaləni yüklə fullIssue_icon

Böyük Qafqazın cənub yamacının Abşeron mərtəbəsi kəsilişlərinin maqnit xüsusiyyətləri

T.C.Qarayeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Azərbaycanda Abşeron çöküntüləri Böyük Qafqazın cənub yamacında geniş yayılmışdır. Böyük Qafqazın cənub yamacının Abşeron yaşlı kəsilişləri paleomaqnit nöqteyi-nəzərdən, demək olar ki, ayrı-ayrı fraqmentlərlə çox az öyrənilmişdir. Ona görə də bu regionda paleomaqnit tədqiqatları aparmaq üçün Göyçay və Turiançay kəsilişlərindən paleomaqnit tədqiqatı üçün 70-dən artıq nümunə götürülmüşdür.

Məqalədə Böyük Qafqazın cənub yamacında yerləşən Turiancay və Göyçay kəsilişlərindən götürülmüş abşeron yaşlı süxurlarda aparılmış maqnit-mineraloji tədqiqatların nəticələri öz əksini tapmışdır. Abşeron yaşlı süxurların maqnit xüsusiyyətini öyrənmək üçün kompleks eksperimental tədqiqatlar aparılmışdır. Bu nümunələrdə aparılan maqnit təmizlənməsi ilə təbii qalıq maqnitləşmənin ilkin olduğu öyrənilmişdir. Maqnit təmizlənməsi zamanı maqnitləşmənin stabil komponenti müəyyən edilmişdir. Nümunələrdə termomaqnit tədqiqatları ilə Küri nöqtəsi təyin edilmişdir. Öyrənilən nümunələrdə təbii qalıq maqnitlənmənin daşıyıcılarının əsasən dəmir hidroksidli, maqnetit və hematit olduğu aşkar edilmişdir. Böyük Qafqazın cənub yamacında yerləşən Turiancay və Göyçay kəsilişləri ilə Qərbi Azərbaycanın kəsilişlərinin müqayisəsi aparılmışdır.