Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2013
Məqaləni yüklə fullIssue_icon

Kiçik Qafqazın şimal-şərq yamacı morfostrukturlarının mühitəmələgətirmədə rolunun ekogeomorfoloji tədqiqi (Xram və Zəyəm çayları arası)

H.A.Xəlilov, S.N.Abuşova

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Ekoloji geomorfologiyanın (ekogeomorfologiyanın), bütövlükdə relyeflə ekosistemlərin qarşılıqlı əlaqəsi və təsirini öyrənən elmi istiqamət səciyyəsi daşıması geomorfologiyanın obyektinin – relyef və onun əsasını təşkil edən morfostrukturların coğrafi təbəqə sistemində xüsusi mövqeyə malik olmasına, onların ekoloji şəraitin və deməli, ətraf mühitin formalaşmasına təsir edən əsas amil rolu oynamasına dəlalət edir. Bu baxımdan morfostrukturların mühitəmələgətirmədə rolunun ekogeomorfoloji tədqiqi mühüm elmi və əməli əhəmiyyət kəsb edir.