№ 4,
2013
Məqaləni yüklə
Naxçıvan MR-də yaşayış məntəqələrinin təsnifati və inkişaf perspektivləri
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məskunlaşmanın mühüm elementləri olan şəhər və kəndlərin iqtisadi, sosial və demoqrafik inkişaf perspektivlərinin müəyyən edilməsi vacib vəzifələrdən biridir. Möhkəm iqtisadi və sosial bazaya malik olan yaşayış məntəqələri demoqrafik cəhətdən davamlı olaraq inkişaf edir. Ona görə də məntəqələrin təsnifat qruplarında dəyişikliklər gedir. Əlverişsiz təbii-coğrafi şəraitdə, dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində kənd təsərrüfatında və əhaliyə xidmət göstərilməsində problemlər yaranır.
Naxçıvan MR-də zəif iqtisadi baza şəhər və kəndlərin inkişafına imkan vermir. İş yerləri ilə təminatda mövcud olan problemlər miqrasiyanın intensiv getməsinə səbəb olur. Ona görə də yaşayış məntəqələrinin təsərrüfat strukturunun yenidən qurulması, əməktutumlu kənd təsərrüfatı məhsullarını emal edən sahələrin yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görmək lazımdır.