№ 4,
2013
Məqaləni yüklə
Elektrokimyəvi fəallaşdirilmiş suyun zamana görə xassələrinin dəyişməsinin məsaməli mühitdən neftçixarma əmsalina təsiri
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Ş. Esenov adına Xəzər Dövlət texnologiyalar və injinirinq Universiteti, Qazaxıstan, 130000, Aktau ş., 32 mikr.
Xülasə
A-
A+
Hazırlanmış elektrokimyəvi fəallaşdırılmış suyun xassələrinin zaman keçdikcə sabit qalmaması halı məlumdur. Müəyyən vaxt keçdikdən sonra elektrokimyəvi fəallaşdırılmış suyun xassələri ixtiyari dəyişərək əvvəlki parametrlərə bərabər olur. Bununla əlaqədar elektrokimyəvi fəallaşdırılmış suyun zamana görə xassələrinin dəyişməsinin məsaməli mühitdən neftçıxarma əmsalına (NÇƏ) təsir etməsi tədqiqatları aparılmışdır. Elektrokimyəvi fəallaşdırılmış suyun xassəsinin dəyişməsini səciyyələndirən parametrlər kimi hidrogen göstəricisi pH və elektrokimyəvi fəallaşdırılmış su və neft sərhədindəki səthi gərilmə parametrləri qəbul edilmişdir.
Tədqiqatlar 1, 7, 15 gun ərzində alınmış elektrokimyəvi fəallaşdırılmış suyun neftlə sərhədindəki səthi gərilmə parametrinin üç qiymətində 1,1; 5,6; 9,5 mN/m aparılmışdır. Nəticədə elektrokimyəvi fəallaşdırılmış suyun zamana görə xassələrinin dəyişməsinin NÇƏ-yə xeyli dərəcədə təsir etməsi aşkar edilmişdir. Maksimal NÇƏ – 0,464 neftin 1,1 mN/m səthi gərilməyə malik elektrokimyəvi fəallaşdırılmış su ilə çıxarılmasında qeyd edilmişdir. Minimal NÇƏ – 0,378 isə neftin 9,5 mN/m səthi gərilməyə malik su ilə çıxarılması ilə müşahidə edilmişdir.
Elektrokimyəvi fəallaşdırılmış sudan sonra polimer məhlulların vurulmasının mümkün olması yoxlanılmışdır. Lay modelinə neftlə sərhədindəki səthi gərilməsi 1,1; 5,6 və 9,5 mN/m olan elektrokimyəvi fəallaşdırılmış suvurmadan sonra 0,0125% PAA məhlulunun vurulması NÇƏ-nin uyğun olaraq 0,58; 0,53; 0,5 qiymətləri almasına səbəb olmuşdur. Polimer məhlulun tətbiqi nə qədər tez həyata keçirilirsə, NÇƏ bir o qədər də yüksək olur.
Beləliklə, qeyd edilənlərlə əlaqədar elektrokimyəvi fəallaşdırılmış suyun xassələrinin dəyişməsinin NÇƏ-yə qeyri-sərfəli təsir etməsini zəiflətmək məqsədi ilə kombinəli neftçıxarma üsulunun tətbiq edilməsi təklif edilir. Üsul elektrokimyəvi fəallaşdırılmış su və polimer məhlulların birgə vurulmasından ibarətdir.