№ 4,
2013
Məqaləni yüklə
Murovdağ qalximi Qoşqarçay filiz-maqmatik sisteminin geoloji-genetik modeli (Kiçik Qafqaz, Azərbaycan)
Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23
Xülasə
A-
A+
Məqalədə Murovdağ qalxımı daxilində mis-porfir filizləşməsi üçün ən perspektivli sahələrdən olan Qoşqarçay filiz-maqmatik sisteminin geoloji-genetik modeli araşdırılır. Filiz-maqmatik sistem daxilində mis-porfir filizlərinin lokallaşmasında srtuktur, maqmatik və litoloji faktorların rolu qeyd olunur. Müəyyən olunmuşdur ki, mis-porfir filizləşməsi geniş oreolda hidrotermal dəyişilmiş süxurlarla əlaqədardır. Metasomatik zonallığın ümumiləşdirilmiş sütunu filiz-maqmatik sistemi və göstərilən yataq miqyasında aşağıdakı ardıcıllıqla əks olunmuşdur: kvars → çöl şpatı → kvars-serisit → argillizit →propillit.