№ 4,
2013
Məqaləni yüklə
Geomaqnit sahəsi gərginliyinin variasiyalarinda geodinamik rejimin əks olunmasi (Böyük Qafqazin cənub yamaci timsalinda)
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 25
Xülasə
A-
A+
Məqalədə zəlzələ ocaqları mexanizmlərinin və yarılma-blok tektonikasının birgə analizi əsasında Böyük Qafqazın cənub və cənub-şərq yamacları batmasının geodinamik rejim modeli tərtib edilmişdir.
Ümumqafqaz uzunluğu boyunca sağ və sol istiqamətlərdə qırılıb-qalxma və qırılıb-düşmə çökəkliyi sistemi üzrə və CQ-ŞmŞ istiqamətində eninə yerdəyişmələrin araşdırılmasından əldə edilən nəticələr ayrı-ayrı blokların saat əqrəbinin hərəkəti istiqamətində və əks istiqamətdə fırlanmasını və bəzi blokların şərq istiqamətinə itələnməsini, Kür çökəkliyi blokunun şimal istiqamətində Böyük Qafqaz strukturunun altına girməsi və cənuba doğru Böyük Qafqazın səthi strukturunun ümumqafqaz istiqamətli qırılıb-qalxma və qırılıb-düşmə sistemi üzrə üstəgəlməsini göstərir. Geodinamik modelin şərh edilən xüsusiyyətləri öz əksini uyğun mexanizmə malik seysmik-tektonik mütəhərrikliyi (zəlzələləri) qabaqcadan göstərən həm geomaqnit sahəsinin lokal gərginlik sahəsində və həm də tədqiq edilən zonanın gərginlik-deformasiya vəziyyətinin məkan-zaman daxilində yüksəlməsini səciyyələndirən əlamətlərdə öz əksini tapmışdir.