№ 3,
2013
Məqaləni yüklə
Abşeron iqtisadi rayonunda şəhər məskunlaşmasının problemləri
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Abşeron iqtisadi rayonunda yüksək urbanizasiya intensiv şəhərsalma prosesləri ilə müşayiət olunur. İqtisadi rayonda ölkənin ümumi əhalisinin 28,7%-i, o cümlədən şəhər əhalisinin 53,4%-i yaşayır. Bakı aqlomerasiyası, əhalisinin sayı 2,6 milyon nəfər olmaqla, böyük məskunlaşma mərkəzinə çevrilib, Sumqayıt və Xırdalan kimi peyk şəhərlərini və 70-ə yaxın qəsəbəni birləşdirir. Müasir dövrdə neft-qaz sənayesinin inkişafı bu ərazidə istehsalın təmərküzləşməsinə və infrastrukturun formalaşmasına təkan verərək aqlomerasiyanın davamlı inkişafına və demoqrafik proseslərin sürətlənməsinə səbəb olmuşdur.