№ 3,
2013
Məqaləni yüklə
Layda qalmış kondensatın sıxlığının onun buxarlandırılması prosesinin göstəricilərinə təsirinin eksperimental öyrənilməsi
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88
Xülasə
A-
A+
Məqalədə eksperimental və nəzəri üsullarla müəyyən olunmuşdur ki, qaz-kondensat sisteminin tərkibində yüksək sıxlığa malik olan kondensat iştirak edərsə, bu, sistemin kondensasiya təzyiqini artırır və nəticədə yatağın istismar göstəriciləri aşağı düşür. Bundan əlavə, belə yataqların tükənmə rejimində istismarı zamanı layda qalan kondensatın sıxlığını və onun retroqrad itkilərini artırır, bu isə yatağın son kondensat verimini azaldır. Göstərilmişdir ki, sistemdə böyük sıxlığa malik kondensatın və yaxud daha ağır komponentlərin iştirakı quyudibi zonaya təsir üsullarının səmərəliliyinə mənfi təsir göstərir.