№ 3,
2013
Məqaləni yüklə
Süxur səthinin islanma qabiliyyətinin qalıq neftin miqdarina, onun karbohidrogen tərkibinin dəyişməsinə və fazalararasi gərilməsinə təsirinin tədqiqi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məlumdur ki, məhsuldar layları təşkil edən süxurların islanma qabiliyyəti məsaməli mühitdə neft və suyun paylanması və süzülməsinə təsir göstərən əsas faktorlardan biridir. Bunu nəzərə alaraq məsaməli mühit səthinin hidrofil və hidrofobluğunun neftin su ilə sıxışdırılması prosesində qalıq neftin miqdarına, sıxışdırılan neftin karbohidrogenli tərkibinə və fazalararası səthi gərilmə qiymətlərinə təsiri amilləri tədqiq edilmişdir. Kvars qumu dənəciklərinin səthi Mişovdağ neft yatağının I horizontu neftindən ayrılmış asfaltenin 2%-li məhlulu ilə hidrofoblaşdırılmışdır. Bu məhlul təmiz kvars lövhəli səthinin su ilə islanma qabiliyyətini 200-dən 950-yə kimi yüksəldir, başqa sözlə, hidrofil xassəli səthi praktiki olaraq hidrofoblaşdırır.
Aparılmış çoxşaxəli laboratoriya tədqiqatları ilə müəyyən edilmişdir ki, məsaməli mühit səthi hidrofobluğunun artması ilə neftin su ilə sıxışdırılması prosesində qalıq neftin miqdarı və sıxışdırıcı mayenin həcmi artır. Məsaməli mühiti təşkil edən süxur səthinin suya görə islanma qabiliyyətinin pisləşməsi ilə sıxışdırılan neftin tərkibində asfalten və qatranın miqdarı azalır, yağlı fraksiyaların miqdarı isə artır. Hidrofil xassəli məsaməli mühitdən sıxışdırılan neftin səthi-gərilmə əmaslı qiyməti, hidrofob mühitə nisbətən, daha yüksək olur ki, bu da onun aktiv komponentlərinin süxur səthində intensiv adsorbsiya olmasını səciyyələndirir.