Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2013
Məqaləni yüklə fullIssue_icon

Oliqosen dövründə Böyük Qafqazın cənubi-şərq hissəsinin (Qobustan) iqlim şəraiti və bitki aləminə dair yeni məlumatlar

Ş.Ş.Bayramova, Y.N.Tağıyeva

1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

2 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Məqalədə Böyük Qafqazın cənubi-şərq qurtaracağının (Qobustan) maykop çöküntülərinin İslamdağ kəsillişindən alınan yeni palinoloji məlumatlar təhlil olunur. Kəsliş ali bitkilərin spor-tozcuq spektrlərinin tərkibinin dəyişilməsinə görə oliqosen dövrünün bitki aləminin və iqlim şəraitinin inkişaf xüsusiyyətlərini səciyyələndirən dörd palinazonaya ayrılır.

Böyük Qafqazın cənubi-şərq qurtaracağının oliqosen spor-tozcuq spektrləri bitki örtüyünün yüngül diferensiasiyasını və meşələrin üstünlüyünü göstərir. Onların arasında aşağıdakılar seçilir:

1. analoqları hal-hazırda Cənub-Şərqi Çində və Şimali Amerikanın Sakit okean sahillərində yayılan rütubətli subtropik polidomina iynə-enliyarpaq meşələr;
2. kserofil elementlərin iştiraki ilə Araliq dənizi tipli meşələr;
3. taksodilərin, nissanın və qliptrostobusun və qumlu sahillərdə palmaların iştirakı ilə dəniz ətrafında və çay terraslarında bataqlaşmış formasiyalar.