Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2013
Məqaləni yüklə fullIssue_icon

Potensial geofziki sahələr Yaxın Şərqin arxeoloji obyektlərində tədqiqatların effektiv alətidir

L.V.Eppelbaum

Tel-Aviv Universit, Ramat Aviv 69978, Tel Aviv, Israel, Fax: +972 3 6409282, E-mail: levap@post.tau.ac.il

Xülasə

A-
A+
Yaxın Şərqdə müxtəlif ölçüdə yaşa və mənşəyə malik külli miqdarda arxeoloji obyektlər mövcuddur. Yaxın Şərq ərazisinin böyük hissəsi quraq və yarımquraq regionlara aiddir və bu da, sözsüz ki, arxeoloji kəsilişin yuxarı hissəsini fiziki-kimyəvi baxımdan mürəkkəbləşdirir. Geoloji cəhətdən geodinamiki fəal, çoxlaylı və mürəkkəb yerləşdirici mühit çox hallarda arxeoloji obyektləri zədələyir və onların fiziki xassələrini dəyişdirir. Bu isə qabaqcıl interpretasiya metodlarından istifadə etməklə geofiziki üsulların tətbiqinin labüdlüyünü şərtləndirir. Potensial geofiziki sahələr (maqnit, qravitasion, elektrik müqaviməti, təbii elektrik və istilik) arxeoloji obyektlərin böyük hissəsinin tədqiqatında faydalı, mobil və effektiv vasitədir. Bunu xüsusilə Yaxın Şərq ölkələrin də potensial geofiziki sahələrin uğurla tətbiqinə dair aparılmış araşdırmalar təstiq edir. Mürəkkəb fiziki-geoloji şəraitlər üçün arxeromaqnit məlumatlarının emalı sistemi işlənilmişdir. Bu sistemin başlıca komponentləri digər potensial geofiziki sahələrə müvəffəqiyyətlə keçirilmişdir. İşdə göstərilmiş bir neçə nümunə bəzi tipik arxeoloji obyektlərdə potensial geofiziki sahələrin effektiv tətbiqini əks etdirir.