Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2013
Məqaləni yüklə fullIssue_icon

Kiçik Qafqazın mərkəzi hissəsinin neogen yaşlı andezit-dasit-riolit formasiyasının formalaşmasında amfibolun rolu haqqında

N.Ə.İmamverdiyev¹, M.Y.Həsənquliyeva²

1 – Bakı Dövlət Universiteti, AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23

2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Kiçik Qafqazın mərkəzi hissəsinin neogen yaşlı andezit-dasit-riolit formasiyasının formalaşmasında amfibolun rolu araşdırılmışdır. Aparılan tədqiqatlar belə nəticəyə gəlməyə imkan verir ki, andezit-dasit-riolit formasiyası süxurlarının əmələ gəlməsində amfibol fraksiyalaşması başlıca rol oynamışdır. Müəyyən olunmuşdur ki, kalsiumlu amfibolun fraksiyalaşması qalıq ərintini SiO2 ilə zənginləşdirmiş, dəmir və titanı isə kasıblaşdırmışdır. Amfibolun fraksiyalaşması hesabına turş süxurlara doğru yüngül nadir torpaq elementlərinin miqdarı və La/Yb, Rb/K nisbəti artır. Bu elementlərin nisbətinin artması formasiya süxurlarının əmələ gəlməsində amfibolun fraksiyalaşması ilə izah edilir.