Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2013
Məqaləni yüklə fullIssue_icon

Kəndlərin turizm potensialı və İran İslam Respublikasında ondan istifadənin istiqamətləri

Z.N.Eminov, H.M.Zendedel

Azərbaycan MEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143 Bakı ş., Hüseyn Cavid pr., 115

Xülasə

A-
A+
Turizmin tərkibində mühüm yer tutan kənd turizminin inkişafı üçün İranda kifayət qədər təbii-coğrafi potensial vardır. Onlara Ərdəbil, Qərbi və Şərqi Azərbaycan ostanlarında yerləşən dağlar, mağaralar, dərələr, qoruqlar daxildir. Ostanlarda kənd məntəqələrinə yaxın yerləşən şəlalələr, mineral bulaqlar, müalicə palçıqları, isti sular, göllərdən turizm təsərrüfatında istifadə edilməsi əhalinin iş yerləri ilə təminatı üçün vacibdir.

Mədəni-tarixi və memarlıq abidələri olan məscidlər, qalalar,qədim tarixə malik olan görməli yerlər, qayaüstü təsvirlər turizm cəhətdən əhəmiyyətlidir. Lakin hələlik İranda kənd məntəqələrində olan turizm potensialından zəif istifada edilir. Məqalədə İranda kənd turizminin inkişaf istiqamətləri, bu sahədə olan problemlər və onların aradan qaldırılması yolları təhlil olunur.