Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2013
Məqaləni yüklə fullIssue_icon

Cənubi Manqışlaq və Şimali Üstyurtun trias çöküntülərinin stratiqrafiyası

K.A.Kojaxmed

Ş. Esenov adına Xəzər Dövlət texnologiyalar və injinirinq Universiteti, Qazaxıstan, 130000, Aktau ş., 32 mikr.

Xülasə

A-
A+
Мəqаlədə yerləşdirici çöküntülərin biostratiqrafik öyrənilməsi yolu ilə kollektor süxurların stratiqrafik vəziyyətinin öyrənilməsi nəticələri araşdırılır. Bu məqsədlə Cənubi Manqışlaq və Şimali Üstyurtun Trias çöküntülərinin regional stratiqrafik sxemi tərtib olunmuş və onun əsasını Trias kəsilişinin xırda biostratiqrafik bölgüsü təşkil etmişdir.

Müxtəlif struktur-fasial zonalarda yerləşmə qanunauyğunluqlarının aşkar edilməsi məqsədi ilə Triasın kollektor süxurlarının postsedimentasiya çevrilrmə prosesləri və litoloji-petroqrafik xüsusiyyətləri öyrənilmişdir.

Trias kəsilişlərinin dəqiq biostratiqrafik öyrənilməsi yerli litoloji-stratiqrafik bölgüləri (lay dəstələri) və onların region üzrə korrelyasiyasını aşkar etməyə imkan vermişdir. Cənubi Manqışlaq və Şimali Üstyurtun Trias çöküntüləri və onların korrelyasiyası üzrə litoloji-stratiqrafik tədqiqatlar bu əmələgəlmələrin regional stratiqrafik sxeminin əsasını təşkil etmişdir.