Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2013
Məqaləni yüklə fullIssue_icon

Cənubi Sinayın (Misir) hipergenez zonasında atakamitin ilk tapıntısı və onun kristallokimyəvi xüsusiyyətləri

E.S.Əhməd, A.F.Şirinova, M.İ.Çıraqov, E.A.Məmmədov

Bakı Dövlət Universiteti, AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23

Xülasə

A-
A+
Rentgenoqrafik, termiki və rentgenflüoressent analiz üsulları ilə Cənubi Sinayın (Misir) hipergenez zonasında missaxlayan filiz cisimlərində ilk dəfə mis hidroksilxlorodo – atakamit mineralı müəyyən edilmişdir. APEX – II CCD (Bruker) avtodifraktometrində kristal quruluşunun parametrləri dəqiqləşdirilmiş – a=6,0274 (2), b=6,8664 (2), c=9,1220(3)°A; fəza qrupu Pnma, z=4 və tam eksperimental məlumatlar alınmışdır. Quruluş dəqiqləşdirilmiş və hidrogen atomunun vəziyyəti təyin edilmişdir. Quruluşun etibarlılıq faktoru R/F²>2b(F²)/=0,023, wR(F²)=0,067 . Mineralın kristallokimyəvi formulu Cu(Cu09Ni0,1)(OH)3Cl. Atomlararası məsafələr dəqiqləşdirilmiş, ekvivalent oktaedr sütunları arasında hidrogen rabitəsinin təbiəti aydınlaşdırılmışdır. Cu2(OH)3Cl modifikasiyaları (atakamit <=> paratakamit <=> botallakit) arasında genetik əlaqənin və qarşılıqlı çevrilmənin mahiyyətinə atom səviyyəsində aşkarlıq gətirilmişdir.