№ 2,
2013
Məqaləni yüklə
Kiçik Qafqazın Xocavənd əyilməsinin traxibazalt-traxidolerit və tefrit-teşenit komplekslərinin mineral paragenezisləri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə Xocavənd əyilməsinin Gec Təbaşir yaşlı traxibazalt-traxidolerit və tefrit-teşenit komplekslərinin mineral paragenezislərinin kristallaşma şəraitləri araşdırılmışdır. Ayrılmış hər bir paragenezis qeyd olunan komplekslərin ilkin ərintilərinin kristallaşma mərhələlərini səciyyələndirir. Müəyyən olunmuşdur ki, ilkin subqələvi pikrit ərintisinin akkumulyativ meqakristal daxilolmaları yüksək termobarik səraitdə kristallaşmışdır. Nisbətən dərin olmayan maqmatik aralıq ocaqda su buxarlarının müşayiəti ilə tefrit-teşenit kompleksinin effuziv fasiyasının mineral paragenezisləri kristallaşmışdır. Bu kompleksin intruziv fasiyasının mineral paragenezisləri hipabisal şəraitdə kristallaşma-qravitasiya diferensiasiyasının müşayiəti ilə formalaşmışdır. Traxibazalt-traxidolerit kompleksinin mineral paragenezislərinin təşkilediciləri tərkiblərinə, struktur-optiki tiplərinə və həmçinin kristallaşma ardıcıllıqlarına görə bir-biriləri ilə oxşar şəraitlərdə əmələ gəlmişdir. Bu paragenezislərin kristallaşması uçucu komponentlərin itirilməsi və kristallaşma diferensiasiyasının nəzarəti ilə baş vermişdir.