№ 2,
2013
Məqaləni yüklə
20 sentyabr 2012-ci ildə Lökbatan palçıq vulkanının püskürməsi: karbohidrogen resurslarının tamamlanmasının yeni sübutu
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı, H.Cavid prospekti, 119
2 – Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 25
Xülasə
A-
A+
Məqalə Abşeron yarımadasında yerləşən dünyanın ən aktiv vulkanı olan Lökbatanın 24-cü püskürməsinə həsr olunmuşdur. 23 dəqiqə davam edən püskürmənin 3 fazası qeydə alınıb. Vulkanın geoloji mövqeyi, püskürmə ocağının dərinliyi və enerjisini müəyyən edən seysmoloji məlumatlar, 1929-cu ildən başlayaraq püskürmənin tarixi icmalı, vulkan tullantı süxurlarının, xüsusilə Eosen-Miosen yaşlı neftli-qumdaşları və şistli gillərin analiz nəticələri, eləcə də Cənubi-Xəzər çökəkliyinin yataqlarında ehtiyatların “təhrik-etmə” ocaqlarında tamamlanması haqqında müəlliflərin fikirləri verilmişdir.