Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2005

Quba-Xəzəryani rayonunun çökmə qatında neft-qazəmələgəlmə şəraitinin modelləşdirilməsi

Ə.Ə.Feyzullayev, B.V.İbrahimov, A.H.Qoçayev, N.M.Çabbarova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Yalama, Qaynarça, Xacmaz və Şurabad sahələri timsalında Quba-Xəzəryanı rayonunun cökmə qatında neft-qazəməgəlmə xüsusiyyətlərinə baxılmışdır. Litostratiqrafiq məlumatlardan istifadə edərək, ümumi istilikkecirmə və quyu dibində temperatur ölcmələri, istilik axınının vaxtdan asılı olaraq dəyişməsinə əsaslanaraq, göstərilən strukturlar ücün kompüter modelləri qurulmuşdur. Sonra isə alınan modellər vitrinitin (Ro) əksolunma xüsusiyyətinin ölcməsinə əsaslanan istilik yetişgənliyinin müasir qiymətləri müqayisə edilmişdir. Modelləşdirmə nətiçələrinin ümumiləşdirilməsinə əsaslanaraq, müəyyən edilmişdir ki, tədqiq olunmuş rayonda neft və qazəmələgəlmə prosesi geniş stratiqrafiq mərhələni (yuradan alt pliosenə qədər) əhatə edərək, məkanda dəyişmələrə məruz qalmışdır. Neft-qazəmələgəlmənin xüsusiyyətlərini təyin edən əsas amillər geoloji inkişaf və rayonun geoloji quruluşudur. Modelləşdirmə nətiçəsində Quba-Xəzəryanı NQR-nun neft-qazlılıq perspektivliyini qiymətləndirmək gələçəkdə neft-qaz axtarışı işlərini planlaşdırmaq ücün böyük əhəmiyyətə malikdir.