Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2013
Məqaləni yüklə fullIssue_icon

Bakı-Quba və Rusiya sərhədi (M-1) avtomobil yolunda hərəkət intensivliyinin monitorinqi və ətraf mühitin vəziyyəti

Ə.A.Əliyev

Azərbaycan MEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143 Bakı ş., Hüseyn Cavid pr., 115

Xülasə

A-
A+
Məlumdur ki, ətraf mühiti çirkləndirən əsas mənbələrdən biri də avtomobil nəqliyyatıdır. Tədqiq etdiyimiz Bakı-Quba və Rusiya sərhədi (M-1) avtomobil yolu istər respublikadaxili, istərsə də tranzit avtomobillərin hərəkətinin günbəgün intensivləşdiyi nəqliyyat qovşağıdır. Məhz bu qovşaqdan keçən nəqliyyat vasitələrindən ətraf mühitin aktiv zonasına, o cümlədən torpaq və bitki örtüyünün üzərinə birbaşa xeyli və aramsız zərərli maddələr daxil olur. Ərazinin intensiv kənd təsərrüfatı zonası, eləcə də Bakı və Sumqayıt kimi iri yaşayış məntəqələrimizi içməli su ilə təmin edən Samur-Abşeron kanalının buradan keçməsi bu problemin tədqiqini daha da aktuallaşdırır.