Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2013
Məqaləni yüklə fullIssue_icon

Metal və üzvü klasterlər əsasında supramolekulyar kataloji sistemlərlə su axınlarının təcrid edilməsinin mümkünlüyünün eksperimental öyrənilməsi

Q.M.Əfəndiyev, A.S.Strekov, K.N.Nəzirov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Təqdim olunan işdə metal və üzvü klasterlər əsasında supramolekulyar kataloji sistemlər işlənilib hazırlanmışdır. Bu sistem laya makrosiklik reseptorun hidrofob hissəsinə nəql edilməsi imkanına malikdir.

İşlənmiş nanostrukturun su axınlarının məhdudlaşdırılması məqsədi ilə məsaməli mühitin keçiriciliyinin dəyişməsi və məsaməli mühitdən neft hasil edilməsinin səmərəsinin artırılması qabiliyyətinin öyrənilməsi üçün eksperimentlər aparılmışdır. Təcrübələrdə nanostrukturun şirin sudakı 0,5; 1; 2,3%-lı məhlullarından istifadə edilmişdir. Məhlul məsaməli mühitə onun 1-həcmi qədər vurulmuşdur.

Məsaməli mühitin nanostrukturla emal edilməsi ilə keçiriciliyinin dəyişməsini səciyyələndirən amil kimi qalıq müqavimət faktoru qəbul edilmişdir. Aparılan təcrübələr şəraitində nanostrukturun məhluldakı qatılığının artmasının bütün hallarında məsaməli mühitin keçiriciliyi azalır.

Beləliklə, aparılan eksperimentlərin nəticələri işlənmiş nanostrukturun məsaməli mühitin suya görə keçiricilliyinin tənzim edilməsi üçün səmərəli vasitə olması aşkar olunmuşdur.