№ 1,
2013
Məqaləni yüklə
GPS ölçü məlumatlarına görə, Azərbaycanda və qonşu ərazilərdə yer qabığının deformasiyası
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Şen üsulunun tətbiqi ilə GPS ölçü nəticələri əsasında Azərbaycan ərazisində yer qabığının deformasiyaları tədqiq edilmişdir. Deformasiya sürətinin qiymətləndirilməsi məqsədi ilə 1998-2012-ci illər ərzində aparılmış GPS ölçü məlumatları əsasında Azərbaycan, İran, Gürcüstan və Ermənistan əraziləri üzrə əldə edilmiş sürət vektorları sahəsindən istifadə olunmuşdur. Böyük Qafqaz boyunca, Qobustanda, Kür çökəkliyində, Naxçıvan MR-də və İranla sərhədyanı rayonlarda yer qabığı sıxılması müşahidə olunur. Sıxılma oxları göstərir ki, Böyük Qafqaz regionunda yer qabığının qısalması Şm-ŞmŞ istiqamətində baş verir. KHID (Xıdırlı) və SHIK (Şıxlar) məntəqələri arasındakı ərazidə deformasiya sürətinin maksimum qiymətləri 400×10-9/il müşahidə olunur və burada sıxılma oxları kəskin şəkildə CQ-ŞmŞ istiqamətində dönür. Deformasiya sahəsində, sıxılma zonaları ilə bərabər, deformasiyanın praktiki olaraq müşahidə olunmadığı ərazilər də özünü büruzə vermişdir. Xəzəryanı-Quba rayonu və Şimali Qobustan bu tip zonalara aiddir. Gərilmə zonaları Kiçik Qafqazda Gədəbəy (GEDA), Şuşa (SHOU) rayonlarında müşahidə olunur, DAMO və PIRM məntəqələri arasında yerləşən zonada dilatasiya sürətinin ölçüsü 100×10-9/il qiymətinə çatır.