Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2013
Məqaləni yüklə fullIssue_icon

Neft və qaz yataqlarının uzunmüddətli işlənilməsinin ekoloji nəticələri haqqında

Ə.Ə.Feyzullayev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə dünyanın müxtəlif hövzələrində uzun müddət fəaliyyət göstərmiş neft və qaz yataqlarında deformasiya proseslərinin inkişaf problemlərinin və onları müşayiət edən ekoloji nəticələrin öyrənilməsinin xülasəsi verilmişdir. Bu proseslər daha ətraflı olaraq ən yaşlı neftli-qazlı rayon olan Abşeron yarımadasının timsalında öyrənilmişdir. Burada yataqlar çox istismar olunub tükənmişdir və lay təzyiqinin azalma səviyyəsi 80%-ə çatır. Bunun ekoloji nəticəsi kimi Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Bibi-Heybət yataqları ərazisində torpağın intensiv çökmə prosesini (ildə 47 mm-ə qədər), subasmanı, texnogen seysmikliyin yaranmasını (1937-ci ildə Suraxanıda baş vermiş zəlzələ) göstərmək olar. Geodinamik proseslərin inkişafını proqnozlaşdırmaq məqsədi ilə neft-qaz çıxarma komplekslərinin seysmik və geodinamik nəzarət sistemləri ilə vaxtında təchiz olunması tövsiyə edilir.