Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2005

Geodinamikada qeyri-klassik xəttiləşdirilmiş deformasiya nəzəriyyəsinin əsasları

H.H.Quliyev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Geodinamikada deformasiya proseslərinin elmi əsaslarının işlənilməsi fundamental və praktik əhəmiyyət kəsb edir. Litosferin və onun strukturlarının geodinamik inkaşafı haqqında geologiyada və geofizikada böyük miqdarda faktiki materiallar toplanmış və bu problem üzrə müxtəlif elmi nöqteyi-nəzərlər formalaşdırılıb. Geoloji obyektlər, o cümlədən də Yer kürəsi elmi planda açıq qeyri-xətti sistemdir. Bir çox hallarda belə sistemlərin tədqiqi çox ciddi nəzəri (fiziki və riyazi) mürəkkəbliklərlə bağlıdır. Digər tərəfdən, geodinamika problemləri prinsipcə ixtisaslar arası səciyyəyə malikdir. Buna görə də litosferin geodinamikası nəzəri cəhətdən hələ kifayət qədər tədqiq edilməmişdir. Bu məqalə əsasən bu sahədə Geologiya İnstitutunda aparılmış tədqiqatların icmalına həsr olunub. Əsas fikir geodinamikada deformasiya proseslərinin nəzəri tədqiqatlarının metodoloji aspektlərinə verilmişdir. Prinsipcə hazırlanmış metodologiya ümumi xarakter daşıyır və kiçik əlavələrlə müxtəlif regionların geodinamika məsələlərinin həllərinə tətbiq oluna bilər.