№ 4,
2012
Məqaləni yüklə
Poligen-kolçedan yataqlarının geoloji-geokimyəvi axtarış kriteriləri və Böyük Qafqazın Balakən-Zaqatala filiz rayonunun perspektivliyi
1 – Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti, AZ 2008, Gəncə ş., Z. Hajiyev k., 25
2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
E-mail: nnovruz@rambler.ru
Xülasə
A-
A+
Məqələdə Böyük Qafqazın cənub yamacının alt-orta yura yaşlı terrigen çöküntülərində lokallaşmış stratiform mis-kolçedan-polimetal yataqlarının cinahlarında və dərin horizontlarında perspektivli sahələrin proqnozlaşdırılması üçün axtarış kriterilərindən bəhs edilir. Faktiki məlumatlar əsasında Çxalta-Sarıbaş və Bzıb-Tufan struktur-formasiya (metallogenik) zonalarında yerləşən sulfid yataqları və təzahürlərinin (Filizçay, Kasdağ, Cixix-Saqator, Binovros və s.) cinahları və dərin horizontlarının perspektivliyi qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, Filizçay kolçedan-polimetal yatağının filiz yatımında və filizətrafı məkanında (filizüstü və filizaltı qatlar) aşkar olunmuş mineraloji-geokimyəvi zonallıq regionda kolçedan filizləşməsinin proqnozu və axtarışları üçün istifadə oluna bilər.