Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2012
Məqaləni yüklə fullIssue_icon

Aralıq dənizi qurşağının Fars-Qafqaz seqmentinin kolliziya geodinamikası

M.İ.Rüstəmov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Fars-Qafqaz seqmentinin kolliziya geodinamiki təkamülü qlobal miqyasda araşdırılaraq plümtektonika və man­tiya diaprizmi Yer təkindəki proseslərlə əlaqədar nəzərdən keçirilir. Kolliziya dövrü yumşaq – ilkkolliziya, sərt – məxsusi kolliziya və kövrək – sonkolliziya mərhələlərinə ayrılır. Ayrılmış mərhələlər müxtəlif özünəməxsus meyarlarla səciyyələnir. Kolliziya şəraitində struktur-geodinamik qütbləşmə diferensiasiyası xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, daxili maqmatik sahənin və onu əhatə edən amaqmatik zonalarda kaynozoyun qalın çöküntü qatlarının yayılması prinsipial xüsusiyyət daşıyır.