№ 3,
2012
Məqaləni yüklə
Kişçay hövzəsində ekzogeomorfoloji proseslərin inkişaf dinamikasının müqayisəli təhlili (Böyük Qafqazın cənub yamacı)
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Böyük Qafqazın cənub yamacında yerləşən Kişçay hövzəsi güclü sel fəaliyyəti ilə seçilir. Məqalə təbii-antropogen amillərin təsiri altında aşınma, daşınma və akkumulyasiya proseslərinin inkişaf dinamikasının müqayisəli təhlilinə həsr edilib. 1957-ci ildə aparılmış xəritəalma, fotoplanlama işlərinin nəticələrini 2010-cu ildə “Google Earth” proqramı ilə alınmış görüntülər və müəyyən olunmuş marşrutlar üzrə şəxsi müşahidələrin müqayisəli təhlili nəticəsində Kişçay hövzəsində ekzogeomorfoloji proseslərin sürətlənməsi aşkar olunmuşdur. Akkumulyasiya sahələrində toplanan sel materiallarının həcminin sürətlə artması buna əyani sübutdur.