Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2012
Məqaləni yüklə fullIssue_icon

Şərqi Aralıq dənizi əyalətinin seysmo-neotektonik modellərinin səciyyəvi xüsusiyyətləri

L.Eppelbaum, Yu.Kats

Tel-Aviv Universit, Ramat Aviv 69978, Tel Aviv, Israel, Fax: +972 3 6409282,

Xülasə

A-
A+
Məqalədə Şərqi Aralıq dənizi əyalətinin tektonik rayonlaşdırılmasının mühüm xüsusiyyətləri əksini tapmışdır. Aparılmış kompleksləşdirmə özündə potensial geofiziki sahələrin və seysmik kəsilişlərin təhlilini, həmçinin tektonik-struktur, paleocoğrafi və fasial analizini ehtiva edir. Təklif olunan yeni tektonik xəritə bu rayonda kontinental akkresiya hadisələrinin geniş inkişafını nümayiş etdirir. Moxo səddinin modifikasiya olunmuş xəritəsi öyrənilən regionun ən vacib tektonik xüsusiyyətlərini, yuradansonrakı hamarlanma səthinin deformasiyası xəritəsi isə Şərqi Aralıq dənizi əyalətinin müasir tektonik inkişaf mərhələsini əks etdirir. Şərqi Aralıq dənizi əyalətinin, tektonik rayonlaşdırma sxemi ilə uzlaşdırılmış seysmikliyinin təzahüretmə xəritəsi (1900-2012-ci illər üçün) bu regionun seysmik-neotektonik modelinin səciyyəvi xüsusiyyətlərini göstərir. Alınmış nəticələr tektonik-seysmik analizdə və bu regionda karbohidrogen axtarışında mühüm əhəmiyyət kəsb edir.