№ 3,
2012
Məqaləni yüklə
Cənubi Sinayın (Misir) kembriyəqədər qızıl yataqları və polixron qızıldaşıyan konqlomeratların proqnozlaşdırılması
Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23
Xülasə
A-
A+
Məqalədə bəzi istismar olunan qızıldaşıyan konqlomeratların əmələgəlmə şəraiti təhlil edilir, həmçinin Cənubi Sinayın Ərəbistan-Nubiya qalxanında yerləşən kembriyəqədər yaşlı qızıl yataqlarından ümumi məlumat verilir. Ərəbistan-Nubiya qalxanında müxtəliv yaşlı qızıl formasiyaları ayrılır, onların ayrı-ayrı dövrlərdə əmələ gəlməsi və müxtəlif yaşlı intruziyalarla və vulkanizmlə sıx əlaqələri göstərilir. Həmçinin qeyd olunur ki, Pan-Afrika dağəmələgəlmə dövründə infrakembriyada, sonra isə fanerozoyda epiplatforma dağəmələgəlmə şəraitində alt təbaşirdə, üst eosendə və pliosendə Ərəbistan-Nubiya qalxanında müxtəlif yaşlı qızıl yataqları sürətlə parçalanır, eroziyaya məruz qalır və nəticədə Cənubi Sinayda kembriyəqədər vulkanogen və fanerozoyda isə terrigen-klastik molass hövzələrində polixron qızıldaşıyan konqlomeratlar əmələ gəlir.