№ 3,
2012
Məqaləni yüklə
Kiçik Qafqazın Daşkəsən çökəkliyinin maqnetit-hematit lapilli tuffitləri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Kiçik Qafqazın mezozoy yaşlı vulkanoplutonik qurşağının Daşkəsən dəmir-maqnetit yatağı səhəsində gec bat vulkanogen-çökmə kompleksində lay və linzavari tuffitlər yerləşir. Tuffitlərin tərkibinin əsasını dairəvi-ellips formalı titanomaqnetit və maqnetit-hematit dənələri təşkil edir. Bu dənələr öz xarakterik tekstur quruluşlarına görə lapillərə aid olunur. Göstərilən lay və linzalar Daşkəsən dəmir yatağının ətrafında dairəvi şəkildə yerləşərək, genetik oxşarlıq təşkil etməsi onların Daşkəsən vulkanik mərkəzi ilə əlaqəli olmasına sübutdur.