№ 1,
2005
25.11.2000-ci ildə Xəzər dənizində baş vermiş zəlzələ
1 – Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 9
2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
2000-ci il noyabrın 25-də tarixində Bakı vaxtı ilə saat 22 09dəq. (Qrinviçə görə 18.09) Xəzər dənizində güclü zəlzələ baş vermişdir. Zəlzələnin episentirnini dəqiqləşdirilməsi, ocağın dərinliyinin qiymətləndirilməsi, onun struktur vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə mövcüd olan makroseysmik və instrumental göstəricilərin, həmçinin nəzərdən keçirilən ərazinin tektonik quruluşu haqqında məlumatın təhlili həyata keçirilmişdir. Müəyyənləşdirilmişdir ki, zəlzələ öz maksimal gücü ilə Abşeron yarımadasının, həmçinin Xəzər dənizinin şimal-qərb və şimal-şərq hissəsinin sahilboyu hüdudlarında baş vermişdir. Zəlzələnin instrumental episentri Abşeron yarımadasından cənubda yerləşir.
Məqalədə həmçinin 25.11.2000-ci il zəlzələsinin Azərbaycanın yaşayış məntəqələrində dağıdıcı təsirinin dərəcəsi haqqında məlumatlar verilmişdir. Ocaqda yerdəyişməni sürüşmə kimi xarakterizə edən fokal mexanizmlər haqqında məlumatlar və fəaliyyətdə olan gərilmə (gərginlik) oxunun istiqaməti ocağın eninə Şah dili-Əzizbəyov qırılmalar zonası ilə əlaqəsini təstiq edir.