Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2012
Məqaləni yüklə fullIssue_icon

İran İslam Respublikasının Qəzvin ostanı şəhərlərinin təsnifatı və inkişaf əmsallarının müəyyən edilməsi

M.Salehi

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Şəhərlərin yaranmasına, onların iqtisadi, sosial-demoqrafik potensialının formalaşmasına, əhalisinin sayına müxtəlif sayda amillər təsir göstərir. Onların müxtəlif dərəcədə özünü göstərməsi şəhərlərin inkişaf səviyyəsində kəskin fərqlərə gətirib çıxarır. Şəhərlərin inkişafı yüksəldikcə əhalinin iş yerləri ilə təminatı, onlara göstərilən xidmətlərin səviyyəsi də artır.

Şəhərlərin təsnifatı onların öyrənilməsi zamanı mühüm əhəmiyyət kəsb edir. Aparılan təsnifat onların inkişaf səviyyəsini müəyyən etməklə bərabər, şəhərlərdə əhalinin yaşayış səviyyəsini, iş yerləri ilə təminatını müqayisə etməyə, iqtisadi problemləri aradan qaldırmağa imkan verir. Qəzvin ostanında olan şəhərlər 7 göstərici əsasında qruplara ayrılmışdır. Bu zaman Antropi və Topsis modellərindən istifadə edilmişdir.