№ 2,
2012
Məqaləni yüklə
Kəskin akustik sərtlikli lay olan mühit üzrə seysmik kvazianizotropiyanın tədqiqi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə kəskin akustik sərtlikli lay olan mühit üzrə seysmik sürət qiymətlərində kvazianizotropiya ilə əlaqədar olan xətanın xüsusiyyətinin və onun korreksiyası effektivliyinin müəyyən edilməsinə həsr olunmuş tədqiqatın nəticələri şərh edilir. Tədqiqat sahəsi üzrə dərin quyu yerində 3D və ŞSP-yə görə, orta sürətlərin fərqi təqribən -1 ÷ +7%, interval sürətlərin fərqi isə −10 ÷ +27 % təşkil edir. Seysmik anizotropiya ilə əlaqədar sürətlər xətası isə 1÷3 %-dir. “Urupov-Diks” formulasının tətbiqi ilə kvazianizotropiyaya görə korreksiyadan sonra 3D və ŞSP üzrə orta sürətlərin fərqi +2 ÷ +4 %, lay sürətlərinin fərqi isə -5 ÷ +14%-dir. 3D sürətləri kvazianizotropiyaya görə, korreksiyadan sonra ŞSP sürətlərinə gətirilmişdir və nəticədə 3D və ŞSP orta sürətlər fərqi +1%-dən çox alınmamışdır. Tədqiqat sahəsində akustik sərtliyi kəskin fərqlənən lay olduqda seysmik sürətlərin “Urupov-Diks” formulasını tətbiq etməklə kvazianizotropiyaya görə, korreksiyası kifayət qədər effektiv olmur. Buna görə də mühitin sürət modeli qurularkən seysmik kvazianizotropiyaya görə, xətanın xüsusiyyəti nəzərə alınmalıdır.