Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2012
Məqaləni yüklə fullIssue_icon

Xəzər Dənizində səth suları temperaturunun drifterlər vasitəsilə tədqiqi

R.M.Məmmədov, E.S.Səfərov, S.H.Səfərov

1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115

2 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Hidrometeorologiya Elmi-Tədqiqat İnstititu, AZ1154, Bakı, Heydər Əliyev prosp., 10, E-mail: safarov85@rambler.ru

Xülasə

A-
A+
Tədqiqat işində 2006 və 2008-ci illərdə aparılmış drifter müşahidələrinə əsasən Xəzər dənizi akvato¬riyası üzrə səth temperaturunun paylanması tədqiq olunur. Göstərilir ki, bu paylanmanın xarakteri ayrı-ayrı aylar üçün fərqlidir. Belə ki, ilin isti dövrlərində Orta Xəzərdə cənubdan şimala doğru temperatur artdığı halda soyuq dövrlərdə azalır. Cənubi Xəzərdə isə ilin bütün dövrlərində cənubdan şimala doğru temperaturun azalması müşahidə olunur. İlin soyuq dövrlərinə nisbətən isti aylarda səth temperaturunun gündəlik tərəddüdləri daha kəskindir.