Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2012
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanda radonun həcmi aktivliyinin səviyyəsinə nəzarət edən faktorlar

Ç.S.Əliyev, Ə.Ə.Feyzullayev, R.C.Bağırlı, F.F.Vəliyeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Azərbaycanın ərazisində ilk dəfə olaraq aparılmış radon qatılığının ölçülmələrinin nəticələri araşdırılır. Tədqiqatlar İsveçrə metodologiyasından istifadə etməklə birgə qrant çərçivəsində İsveçrə Milli Elm Fondunun dəstəyi ilə aparılmışdır. Respublikamızın yaşayış məntəqələrində 2500 ədəd “Gammadata” markalı radon detektoru quraşdırılmışdır. Alınan məlumatların emalı nəticəsində Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanması və anomal qatılığının xəritələri tərtib olunmuşdur. Təyin edilmişdir ki, yüksək qatılığa malik olan sahələr Böyük Qafqazın və Talışın dağlıq-qırışıq massivlərindədir, aşağı qatılığa isə ovalıq sahələr də təsadüf edilir. Həmçinin radonun paylanması xəritəsi dərinlik qırılmaları, zəlzələlərin episentrləri, geotermik qradiyentlərlə tutuşdurulmuş və onların əlaqəsi təyin olunmuşdur. Məqalədə həmçinin radonun paylanma¬sının detektorlar quraşdırılmış binaların tikildiyi materialdan asılılığı da nəzərdən keçirilir.