№ 1,
2012
Məqaləni yüklə
Şərqi Rozetta (Misir Ərəb Respublikası) torpaqlarının mineraloji və geokimyəvi xüsusiyyətləri
1 – Kair Universiteti, Kənd təsərrüfatı fakültəsi, torpaqşünaslıq bölməsi, Qiza, Misir
2 – Nüvə materiallarının idarəsi, Katameya, Kair, Misir
Xülasə
A-
A+
Şərqi Rozetta ərazisindən toplanmış torpaq nümunələri qranulometrik tərkiblərinə görə qum, gilcəli qum, ağır gilcələr, qumlu ağır gilcələr və qumcalara aiddir. Nümunələrin mineraloji və geokimyəvi tədqiqi aparılmış, onların mineral tərkibi və kimyəvi xüsusiyyələri müəyyən edilmişdir. Torpaqların radioaktivliyini qiymətləndirmək məqsədilə də uran və torium elementlərinin miqdarı təyin edilmişdir. Mineraloji baxımdan tədqiq olunan nümunələrin ağır fraksiyası üçün monozit, rutil, maqnetit, ilmenit, qranat və yaşıl silikat (piroksenlər və amfibollər) kimi mineral kompleksi səciyyəvidir. CaO-Na2O-Ka2O və (Fe2O3+MgO), Na2O və K2O oksidlərinin nisbətlərinə görə, əksər nümunələr geokimyəvi nöqteyi-nəzərdən zəif arkoz tərkibli qrauvakkalara aiddir. Qumsalqumca torpaq nümunələrində əsas oksid və müşayiətedici elementlərin yayılmasının müqayisəsi, onlarda silisium oksidinin yüksək miqdarda, maqnezium oksidinin isə az olmasını göstərir ki, bu da Ka2 O və Al2O3 -nun yüksək, CaO-nun isə kasadlığı ilə səciyyələnən qumca əmələgəlmələrinə uyğun gəlir. Qumlu ağır gilcə və ağır gilcələr tərkibində Al2O3 və Fe2O3 oksidlərinin yüksək, K2O və P2O3 oksidlərinin az olması ilə fərqlənirlər.