№ 1,
2012
Məqaləni yüklə
Vejnəli qızıl yatağı filizlərinin maddi tərkibi və texnoloji xüsusiyyətləri
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral xammal Elmi-Tədqiqat İnstitutu, AZ1117, Bakı, Natavan k., 16
Xülasə
A-
A+
Yatağın əsas doğal filiz tiplərini (oksidləşmiş və qarışıq – yarıoksidləşmiş) ayrılıqda təsvir edən iki nisbətən iri (hər biri 1000 kq) texnoloji nümunələrin timsalında bu flizlərin maddi tərkibi və texnoloji xüsusiyyətləri ətraflı qiymətləndirilmişdir. Öz kimyəvi və mineraloji tərkibinə görə, hər iki nümunənin materialı praktik cəhətdən, demək olar ki, eynidir və onları azsulfidli damar-möhtəvi tipli kompleks qızıl-mis filizi kimi xarakterizə etmək olar. Hidrokimyəvi faza analizi ilə təyin olunmuş mis minerallarının hipergen və hipogen formalarının miqdar tərkibinə görə bir nümunənin materialı intensiv oksidləşmiş, digəri isə qarışıq (yarioksidləşmiş) oksıdləşmiş tipə meylli filiz kimi xarakterizə olunur. Xüsusi faza analizi ilə nəcib metalların (Au, Ag) müxtəlif filiz və qeyri-filiz minerallarla struktur əlaqə formalarının miqdar nisbətləri müəyyən olunmuşdur. Aşkar edilmişdir ki, hər iki filiz nümunəsində qızılın əhəmiyyətli hissəsi (40-60%-ə qədər) sadə qravitasiya üsulları ilə asan zənginləşən iri sərbəst dənələrlə təmsil olunmuşdur. Maddi tərkibini və aşkar olunmuş texnoloji xüsusiyyətlərini nəzərə almaqla hər iki fıliz nümunəsi üçün onların emalının vahid, özündə qravitasiya, hidrometallurgiya və flotasiya proseslərini birləşdirən kombinasiyalı texnoloji sxem işlənib hazırlanmış və laboratoriya təcrübələri ilə qiymətləndirilmişdir. Təklif olunmuş texnoloji sxem bu mineral xammalın sənaye baxımdan qiymətli qarışıqlarının uyğun əmtəə məhsullarına kompleks şəkildə keçirilməsinın yüksək göstəricilərini təmin edir.