Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2012
Məqaləni yüklə fullIssue_icon

Cənubi Xəzər hövzəsində flüidogenerasiya mənbələri: izotop-geokimyəvi tədqiqatlarin və üçölçülü hövzə modelləşdirilməsinin kompleks analizi

D.A.Hüseynov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə kerogen və flüidlərin kompleks pirolitik, izotop, biomarker tədqiqatlar vasitəsilə Cənubi Xəzər hövzəsindəki flüidogenerasiya mənbələrinin stratiqrafik və dərinlik uyğunluğu məsələləri araşdırılmış, neftqazəmələgəlmə mənbələrinin avtonomluğu göstərilmişdir. Üçölçülü hövzə modelləşdirilməsini tətbiq etməklə flüidogenerasiya mənbələrinin məkan və zaman daxilində təkamülü, çökmə komplekslərinin neftqazəmələgəlmə potensialının reallaşma dərəcəsi müəyyən edilmişdir. Kompleks analiz əsasında belə bir nəticə əldə edilmişdir ki, mezozoy kompleksi, əsas etibarilə, yetkin qaz və metamorfogen sulu flüid yaratdığı halda, paleogen-miosen kompleksi neft-qaz-dehidratasiya suyu – metamorfogen flüiddən ibarət bütöv bir spektr yaradır.

Yataqların və palçıq vulkanlarının karbohidrogen qazlarının yüksək yetkinliyi paleogen-miosen mənbələrindəki neftqazyaranmanın əsas zonalarındakı qazların yura-təbaşir mənbələrində yaranan yüksək dərəcədə yetkin qazlarla qarışmasının nəticəsidir.