№ 1,
2005
Abşeron yarımadası seysmik təhlükəsinin qiymətləndirilməsinin bəzi məsələləri haqqında
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə Abşeron yarımadasının seysmikliyi üzrə və keçmişdə baş vermiş dağıdıcı, güclü, orta miqyaslı yerli, yaxın və uzaq əhatəli zəlzələlərin tədqiqatı verilir. Fəal qırılmaların mövcudluğu, istiqamətli zəlzələlərin başvermə amilləri, sönmə əmsalı, süxurların xüsusiyyətləri, geoloji kəsilişlərin öyrənilməsi, qazılmış quyuların məlumatları əsasında süxurların birinci (P) və ikinci dərəcəli (S) dalğanın vahidi, yerin modelləşməsi, hər bir layın seysmik dalğanın amplitudasının artması amilinin təyin olunması, geomorfologiya, topoqrafiya, bünövrə və səthi layın titrəyişi üzrə tədqiqatı verilir. Sönmə düsturundan bünövrə layının QMT vahidinin hesablanmasına görə, istifadə olunması üçün hər bir layın ikinci dərəcəli (S) dalğanın vasitəsilə seysmik dalğanın amplitudasının artması amilinin təyin olunması çox mühüm və labüddur. Ìnterpretasiya nəticəsində zəlzələlərin sönmə əmsalının müəyyən qanunauyğunluğunu göstərmək mümkün oldu. Abşeron yarımadası üçün istiqamətli yaxın, uzaq və yerli zəlzələlərin amilləri vasitəsilə MSK cədvəli ilə müqayisə edilmiş səthi layın QMT vahidinə əsasən rəqəm modellərinin qurulmuşdur. Bu modellər, seysmik dalğanın səviyyəsinin hesablanması və tədqiqat aparılan ərazinin vizual seysmik intensivliyi təsvirinin mümkünlüyünü göstərir. Rəqəm modellər müasir komputer MapInfo Professional 4.5 və SHAKE proqramlarının tətbiqi ilə texniki vizuallaşma əsasında qurulmuşdur.