№ 4,
2011
Məqaləni yüklə
Qazançı kənd adının mənşəyi
İctimai Televiziya və Radio Yayımları Şirkəti, AZ1012, Bakı, Şərifzadə küç., 241
Xülasə
A-
A+
Azərbaycan yer-yurd adlarının stratiqrafik baxımdan öyrənilməsi göstərir ki, onların bəziləri eramızdan əvvəlki dövrlərdən başlayaraq müasir zəmanəmizə qədər meydana gəlmişdir. Azərbaycan oykonimiyasında maraq doğuran mənşəyi haqda müxtəlif mülahizə söylənilən coğrafi adlardan biri də Qazançı kənd adıdır.
Qazançı kənd adının arealına Goranboy, Ağdam, Ağdərə və Naxçıvan MR-in Culfa inzibati rayonlarının ərazisində rast gəlinir. Qazançı (Qazan) yaşayış məntəqəsi adının mənşəyini bir qrup tədqiqatçılar qeyd edir ki, türk tayfasının adı ilə əlaqədar olaraq yaranmışdır. Bəziləri Milad tarixinin başlanğıcında hunların, suvarlar və xəzərlərin tərkibində mövcud olmuş Qazançı tayfasının adı ilə bağlı yaranmasını, bir qrup tədqiqatçılar «Kitabi-Dədə Qorqud» dastanlarının qəhrəmanı Qazan xanın adı ilə əlaqədar olmasını irəli sürür. Bizcə, bu oykonim Qazançı adlı türk tayfasının adını əks etdirir. Bu tayfa eramızın I-II əsrlərində Azərbaycan ərazisində məskunlaşmışdır.