№ 4,
2011
Məqaləni yüklə
Gazımanın texnoloji məlumatlarına əsasən süxurların petrofiziki və elastiki xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarının qiymətləndirilməsinə dair
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı, Azadlıq prospekti, 20
Xülasə
A-
A+
Məqalədə quyuların qazılması üzrə texnoloji məlumatlara əsasən təyin olunmuş geoloji kəsilişlərin süxurlarının fiziki-mexaniki xüsusiyyətlərinin (xüsusən, petrofiziki xüsusiyyətləri, Puasson əmsalı) dəyişmə qanunauyğunluqları əksini tapmişdir. Təhlil Günəşli yatağının müxtəlif sahələrində qazılmış quyu məlumatlarına əsasən yerinə yetirilmişdir. Müvafiq proqram vasitəsilə geoloji-texnoloji tədqiqatlara əsasən hesablamalar aparılmış və Puasson əmsalının gil və qumdaşı süxurları üçün məsaməlik və gillilikdən asılılıqları qurulmuşdur. Bununla yanaşı, gil və qumdaşı üçün kəsiliş üzrə məsaməlik və gilliliyin dəqiqləşdirilmiş qiymətləri dərinlik üzrə verilmişdir.