№ 4,
2011
Məqaləni yüklə
Qoşa qızıl yatağı filizlərinin maddi tərkibi və texnoloji xüsusiyyətləri
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral xammal Elmi-Tədqiqat İnstitutu, AZ1117, Bakı ş., Natavan k., 16
Xülasə
A-
A+
Məqələdə yatağın müxtəlif yerlərindən götürülmüş və filizin doğal növləri ilə səciyyələnən 10 texnoloji sınağın kimyəvi və mineraloji tərkibləri, həm də texnoloji xüsusiyyətləri araşdırılıb. İlkin – sulfidli və oksidləşmiş filizlərdə olan əsas hipoqen və hiperqen mineralların miqdarları, həm də nəcib metalların (Au, Ag) formalarının və müxtəlif əsas minerallarla struktur əlaqəsi xüsusi hidrokimyəvi rasional (faza) analizlərin nəticələri ilə təyin olunub. Bu tədqiqatların nəticələrinə əsasən, ilkin və oksidləşmiş filizlərdə olan külçə qızılın əsas hissəsi narın ölçüdədir və onun bir qismı dispers formasında müxtəlif filiz və qeyri-filiz minerallarının içində – “köynəkdədir”. Bu halda, ilkin filizlər üçün qızılın piritin yanında olan gümüşün və bismutun telluritları ilə sıx əlaqəsi xarakterikdir. Oksidləşmiş filizlərdə isə qızıl əsasən hetitlə yığnaqdadır. Filizlərin maddi tərkibini və təyin edilmiş texnoloji xüsusiyyətlərini nəzərə alaraq, onlardan nəcib metalların ayrılması üçun eksperimentlərlə təsdiq edilmiş müxtəlif, o cümlədən qravitasiya, flotasiya və hidrometallurji proseslərə əsaslanan tədqiqatlar aparılmışdır. İlkin filizlər üçün flotasiya üsulu ilə alınan qızıllı sulfid konsentratının hidrometallurji prosesi ilə işlənməsi ən səmərəli sayıla bilər. Oksidləşmiş filizlər üçün ən səmərəli hidrometallurji texnoloqiyasının sorbsion prosesə əsaslanan qarışdırıcı (çən) sianid aşındırılmasıdır. Oksidləşmiş və ilkin filizlərin birgə flotasiya üsulu ilə işlənməsi də səmərəli sayıla bilinər.