Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2011
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanda əhalinin təbii artım dinamikasının xüsusiyyətləri

Z.N.Eminov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Doğuma sosial-iqtisadi inkişaf səviyyəsi, urbanizasiya, qadınların təhsili və məşğulluğu, mənzillə təminat və başqa amillər təsir edir. Məqalədə doğumun dinamikasını xarakterizə edən demoqrafik göstəricilər təhlil edilir. Bu göstəricilərə ümumi nəsilvermə əmsalı, əhalinin brutto və netto təkrar istehsal əmsalları, doğumun yaş əmsalları, ananın yaşına görə doğum, hər 1000 qadına görə olan doğum və doğumun ardıcıllığı aiddir. Müstəqillik illərində azalma yüksək templə getmişdir. Ölkədə 1-2 uşaqlı ailələr üstünlük təşkil edir. Bu isə əhalinin geniş təkrar istehsalı üçün kifayət deyildir. Məşğulluğun səviyyəsinin yüksəlməsi ilə əlaqədar 35 yaşdan yuxarı qadınlar əhalinin təbii artım prosesində az iştirak edir. Doğulan uşaqların 7,2%-i onların payına düşür. Azərbaycanda ümumi nəsilıvermə əmsalı, brutto və netto təkrar istehsal əmsalları 2005-ci ildə aşağı səviyyədə olmuşdur. Doğumun azalması ilə əlaqədar əhalinin yaş tərkibində uşaqların payı getdikcə azalır.