№ 3,
2011
Məqaləni yüklə
Kiçik Qafqazda pleystosen buzlaşmalarının xüsusiyyətləri (palinoloji məlumatlara əsasən)
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalə Kiçik Qafqazın pleystosen buzlaşmalarına həsr olunmuşdur. Palinoloji tədqiqatlara əsasən müəyyən edilmişdir ki, pleystosendə Kiçik Qafqazın ərazisində dörd uzunmüddətli buzlaşma baş vermişdir.Birinci buzlaşma əsri eopleystosenin rütubətli subtropik iqlim şəraitindən sonra formalaşan erkən pleystosen qlobal soyuqlaşması əsrində formalaşmış və bu zaman Kiçik Qafqazın landşaftları əsaslı dəyişilmələrə məruz qalmışdır. İkinci buzlaşma erkən pleystosenin sonunda, üçüncü buzlaşma orta pleystosenin ikinci yarısında və dördüncü buzlaşma son pleystosenin (xvalın əsri) əvvəlində formalaşmışdır. Miqyasına və davam etmə zamanına görə ən uzun müddətlisi erkən pleystosen buzlaşmasıdır. Hər növbəti buzlaşma özündən əvvəlki buzlaşmadan qısamüddətli olmuşdur. Lakin hər növbəti buzlaşma əvvəlkindən daha soyuq iqlim şəraitində formalaşmışdır. Sonuncu buzlaşmanın (xvalın buzlaşması) izləri Kiçik Qafqazın relyefində daha yaxşı müşahidə edilir.